Litva Prezidenti Gitanas Nauseda Ermənistanın Laçın yolu ilə bağlı manipulyasiyaları barədə məlumatlandırılıb.
Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə dövlətimizin başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini deyib. Azərbaycan Prezidenti yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.
Dövlətimizin başçısı, həmçinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini vurğulayıb.