RƏSMİ

17 Yanvar

Ötən il ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Fins.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artıb.

ÜDM istehsalının 51,1 faizi sənaye, 8,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizi informasiya və rabitə sahələrinin, 14,7 faizi digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 13292,2 manata bərabər olub.