Qobustan Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
Fins.az-ın məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr izmalayıb. Əmrə əsasən, polis polkovniki Bəhruz Cabbarov Qobustan RPŞ-ə rəis təyin edilib. O, bundan əvvəl Qubadlı RPŞ-nin rəisi idi.
Nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-ə rəis təyin edilib.