Ələt azad iqtisadi zonasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik təklif edilir.
Məcəllənin hazırki bəndi isə belədir: "İşgüzar səfər vizası Azərbaycanda işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəsatəti əsasında və ya Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir".
"Report"