Xalis maliyyə aktivlərinin ÜDM-ə nisbəti 50%-dən yuxarıdır.
"Fins.az" xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri V.Gülməmmədov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Milli Məclisin plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki,xalis Maliyyə Aktivləri makrofiskal təhlilin əsas göstəricilərindən hesab olunur. Bu öhdəliklərin örtülməsi qabiliyyətini göstərən, başqa sözlə maliyyə öhdəliklərinin örtülməsindən sonra dövlətin maliyyə aktivlərini əks etdirən göstəricidir. Xalis Maliyyə Aktivlərinin çox olması müəyyən mənada fiskal dayanıqlılıq qarşısında yarana biləcək risklərin də yumşaldılmasına xidmət edə bilər. Hazırda Xalis maliyyə aktivlərinin ÜDM-ə nisbəti 50%-dən yuxarıdır. Digər ölkələrlə müqayisəli təhlil göstərir ki, bu yaxşı göstərici kimi hesab oluna bilər. Əksər ölkələrdə borc yükünün çox olması səbəbindən XMA mənfi rəqəmlə ifadə olunur.