RƏSMİ

11 Noyabr

"Neftin qiymətinə mühafizəkar yanaşma bizi mənfi nəticələrdən sığortalayır"

“Gələn ilin büdcəsinin 92,2 faizini gəlirlərimiz hesabına təmin edirik. Kəsir hissəsini isə digər gəlirlər hesabına təmin edəcəyik”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.

“Deyilir ki, neftin qiyməti yuxarıdır, ona görə də büdcədə neftin qiymətini yuxarı da götürmək olar. Bu, düzgün yanaşmadır. Lakin bunu da nəzərə almaq lazımdır ki, neftin qiyməti kəskin qalxanda da, kəskin enir. Bütün problemlər də bundan sonra başlayır. Bu da neft gəlirlərindən asılı olan ölkələrdə olur. Ona görə də neft faktorundan asılılığımızı azaldırıq. Neftin qiymətinin volatilliyi, ona mühafizəkar yanaşma neftin qiymətinin oynaması nəticəsində bizi mənfi nəticələrdən sığortalayır. Ona görə də bu siyasəti gələcəkdə də davam etdirəcəyik”, - deyə maliyyə naziri bildirib.