RƏSMİ

11 Noyabr

Neftin qiyməti büdcədə niyə aşağı götürülüb?

Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinin mövcud qiymətlərdən daha aşağı səviyyədə götürülməsi məsələsinə aydınlıq gətirib.

“Fins.az” xəbər verir ki, bu barədə o, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Qiymətlərdə eniş baş verəndə də problemlər başlayır. Bizim siyasətimiz neft qiymətlərindən asılılığı ardıcıl sürətdə azaltmaqdan ibarətdir. Hazırda biz dünya bazarında 90 dollardan yüksək olan qiyməti 50 dollar səviyyəsində nəzərə almışıq”, - deyə nazir qeyd edib.