RƏSMİ

11 Noyabr

“Özəl pensiya fondlarının yaradılması haqqında qanun qəbul edilməlidir”

“Niyə biz Azərbaycanda özəl pensiya fondlarının yaradılması haqqında qanun qəbul etmirik?”

“Fins.az” xəbər verir ki, bu barədə deputat Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclas zamanı bildirib. 

“Bununla bağlı dünya təcrübəsi var. Niyə biz - istənilən insan yalnız bir fondla əlaqədə olmalıdır? Bəlkə o fondun verdiyi güzəştlər bizi qane etmir? Bu qanunun qəbul edilməsinə ehtiyac var. Bu qanunun qəbul edilməsi insanın müəyyən seçim imkanını artıra bilər”.