Azərbaycanda 2023-2026-cı illərdə neft hasilatının tədricən azalacağı proqnozlaşdırılır.
“Fins.az” xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində bildirilir.
Sənədə əsasən, 2026-cı ildə ölkədə 30 274,3 min ton neft hasil olunacağı proqnozlaşdırılır, bu da 2023-cü ilin proqnoz göstəricisi (31 222,3 min ton) ilə müqayisədə 3% azdır.
Proqnoza görə, 2024 və 2025-ci illərdə Azərbaycanda müvafiq olaraq 30 649,7 min ton və 30 695,4 min ton neft hasil olunacaq.
Qeyd etmək lazımdır ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 24 493,4 min ton neft hasil edilib, bu da illik müqayisədə 5,3% azdır.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 34 580,7 min ton neft hasil edilib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,1% çoxdur.