2023-2026-cı illərdə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlərin azaldılması gözlənilir.
Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Belə ki, ARDNF-dən büdcəyə daxilolmaların 2023-cü il üzrə milyon manat 11 280,0 milyon manat, 2024-cü ildə 11 027,0 milyon manat, 2025-ci ildə 10 978,0 milyon manat, 2026-cı ildə isə 10 766,0 milyon manata kimi azaldılması proqnozlaşdırılıb.
Başqa sözlə, 2023-cü illə müqayisədə 2026-cı ildə Dövlət Neft Fondundan büdcəyə transfert 4,5% və ya 514 milyon manat azaldılacaq.