RƏSMİ

03 Noyabr

Milli Məclisdə gələn ilin büdcəsi müzakirə olunur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilir.

Fins.az xəbər verir ki, iclasda maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsi sədrinin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov, Dövlət Neft Fondunun departament direktoru Müşfiq Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, nazir müavinləri, parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri iştirak edir.