RƏSMİ

01 Noyabr

Gələn il müavinətlərə ayrılan vəsait niyə azaldılıb?-AÇIQLAMA

Gələn il müavinətlərə ayrılan vəsaitin azaldılması səbəbi məlum olub.

"Fins.az" xəbər verir ki, 2023-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 170, 40 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 2,18 % və ya 3,8 milyon manat azdır. Növbəti il üçün proqnozlaşdırılan xərclərin 2022-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən az olması 2022-ci illə bağlı aparılmış proqnozlaşdırılmada həmin vaxt təsiri hələ yüksək qiymətləndirilən COVİD-19 pandemiyasının sığorta pensiya sisteminə mümkün təsirləri də nəzərə alınmaqla, əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, dəfn üçün, uşağın anadan olmasına görə müavinət xərcləri ilə bağlı dürüstləşdirmələrin aparılmasına münasibətdə artıq 2023-cü il üzrə proqnozlaşdırılmada pandemiyanı sığorta pensiya sisteminə sosial-iqtisadi təsirlərinin səngiməsi əsas götürülərək xərclərin büdcə proqnozları çərçivəsində yenidən optimallaşdırılması ilə əlaqədardır.