RƏSMİ

26 Oktyabr

Hesablama Palatası “Məryəm” filminin çəkilişləri zamanı yol verilən nöqsanları açıqlayıb

 

Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılan audit zamanı “Məryəm” filminin çəkilişləri zamanı yol verilən nöqsanlar məlum olub.

"Fins.az" xəbər verir ki, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal olunan "Məryəm" filmi təsdiq olunmuş smetasında nəzərdə tutulmadığı halda, post-prodakşn işlərinə nəzarət və işlərin qəbulu üçün düzgün olmayaraq "Sinema Evi" MMC-nin əməkdaşına ödənilmiş və təsdiqedici sənədləri mövcud olmayan ezamiyyə xərclərinə ödənilmiş 4175,0 manat, "Görünməyən qəhrəmanlar" sənədli filmlərinə ayrılmış vəsaitdən qalan və dövlət büdcəsinə qaytarılması təmin edilməyən 5881,74 manat, ümumilikdə 10056,74 manatdır.

Qeyd edək ki, dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılan audit 01.01.2020-ci il tarixindən 01.01.2022-ci il tarixinədək dövrü əhatə edib və KDMN tədbiri audit 09.03.2022-ci il tarixindən 31.04.2022-ci il tarixinədək keçirilib.