RƏSMİ

21 Oktyabr

Azərbaycan nə qədər borc qaytarıb?

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 12 669,4 milyon manatı və yaxud 61,9 %-i cari xərclər, 6 608,3 milyon manatı və yaxud 32,3 %-i əsaslı xərclər, 1 193,0 milyon manatı və yaxud 5,8 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

“Fins.az” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair məlumatda qeyd olunub. 

Bildirilib ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4 % çox, 39,9 % çox və 21,2 % azdır.

Məlumatda həmçinin qeyd olunub ki, cari ilin doqquz ayı ərzində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41,2 faizini təşkil etməklə 8442,0 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 786,9 milyon manat və ya 10,3 faiz çoxdur.