RƏSMİ

21 Oktyabr

Ödənişli xidmətlərdən büdcə daxilolmaları 127 mln. manat artıb

Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 580,8 milyon manat vəsait daxil olub.

"Fins.az"xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat”nda əksini tapıb

Məlumata görə, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 126,8 milyon manat və ya 27,9 faiz çoxdur.

Bu dövrdə məqsədli büdcə fondlarının (“Avtomobil yolları” Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 milyon manat təşkil edib. Bu da proqnoza nisbətən 110,9 milyon manat və ya 2,5 dəfə çoxdur. Sair daxilolmalar üzrə isə dövlət büdcəsinə 416,4 milyon manat vəsait daxil olub.