RƏSMİ

21 Oktyabr

İcmal büdcənin profisiti 2 dəfə artıb

2022-ci ilin doqquz ayı ərzində icmal büdcənin gəlirləri 29719,8 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6698,4 milyon manat (29,1 faiz), xərcləri isə 22569,6 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3107,2 milyon manat (16,0 faiz) çox icra olunub.

"Fins.az"xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat”nda əksini tapıb.

Məlumata görə, cari ilin doqquz ayı ərzində icmal büdcədə 7150,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3591,2 milyon manat və ya 2,0 dəfə çoxdur.