RƏSMİ

21 Oktyabr

Dövlət Neft Fondundan büdcəyə transfert 19% azalıb

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 8082,7 milyon manat məbləğində transfertə qarşı 6542,0 milyon manat məbləğində transfert daxil olub.

Bu barədə "Fins.az" Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1540,7 milyon manat və ya 19,1 faiz az istifadə olunmasına imkan verib.