Cari ilin 9 ayı ərzində sosialyönümlü xərclərə nə qədər vəsait xərcləndiyi açıqlanıb.
"Fins.az"xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat”nda əksini tapıb.
Qeyd edilib ki, cari ilin doqquz ayı ərzində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41,2 faizini təşkil etməklə 8442,0 milyon manat məbləğində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 786,9 milyon manat və ya 10,3 faiz çoxdur.