RƏSMİ

18 Oktyabr

Fonda əlavə 95 milyon manat maya qoyulur - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

"Fins.az" xəbər verir ki, Fərman ilə, Fondun nizamnamə kapitalı 95 milyon manat artırılaraq 798 milyon manatdan 893 milyon manata qaldırılır. 

Kapitalın artırılması Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95 milyon manat hesabına təmin ediləcək.