Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatıb və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb.
“Fins.az”-ın məlumatına görə, media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən “ASAN Login” vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Bununla yanaşı, Media Reyestrinin informativ veb-səhifəsinin “Tez-tez verilən suallar” bölməsində Reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla da tanış olmaq mümkündür.
Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarxla tanış ola bilərsiniz.