RƏSMİ

06 Oktyabr

Əsədov: Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun nəqliyyat imkanlarını genişləndirəcək

Azərbaycan Respublikasının baş naziri Əli Əsədov regional nəqliyyat imkanlarının genişləndirilməsi üçün Zəngəzur dəhlizinin istifadəyə verilməsinin vacibliyini vurğulayıb.

“Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra formalaşan yeni reallıqlar regionda nəqliyyat marşrutlarının imkanlarını genişləndirməyə imkan verir. Bu gün biz regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üzərində fəal işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir”, - Əsədov cümə axşamı Moskvada keçirilən II Xəzər İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bildirib.

O qeyd edib ki, 2022-ci il sentyabrın 21-də Azərbaycan və Iran sərhəddində iki ölkənin Araz çayı vasitəsilə avtomobil yolları şəbəkələrini birləşdirəcək körpünün təməli qoyulub. «Layihə "Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin potensialını artırmağa yönəlib», - Əsədov diqqət çəkib.

Baş nazirin sözlərinə görə, həmçinin Bakı kommunikasiya layihələrinə böyük önəm verir və “bu layihələr çərçivəsində Xəzər dənizinin dibi ilə Azərbaycandan Qazaxıstan və Türkmənistana opti-fiber kabellərin çəkilməsi həyata keçirilir”.

«Bu iddialı təşəbbüslər müasir yüksəksürətli və mühafizə olunmuş məlumat ötürmə infrastrukturunun qurulmasına və bir sıra aparıcı Avropa-Asiya magistral marşrutlarına çıxış əldə etməyə imkan yaradacaq», - Əsədov vurğulayıb.

O, həmçinin Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığın inkişafı üçün böyük imkanlarının olduğunu qeyd edib. Xüsusilə, Xəzər dənizinin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək əlavə edib ki, bu prosesdə Rusiya və Iran şirkətləri də iştirak edir.

Əsədov, həmçinin Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində «Dostluq» karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi barədə əldə olunan razılaşmanı qeyd edib.

Baş nazirin sözlərinə görə, bu gün Qazaxıstan vəöz ü Türkmənistan öz enerji ehtiyatlarının tranziti üçün Azərbaycanın nəqliyyat və boru kəməri infrastrukturundan istifadə edir.

O cümlədən, Əsədov Azərbaycanın Xəzəryanı dövlətlərin xalqlarının mənafeyi naminə çoxtərəfli əməkdaşlığın inkişafı üçün bütün səylərini davam etdirməyə hazır olduğunu bildirib