RƏSMİ

08 Oktyabr

Hesablama Palatası 2022-ci il üçün büdcənin 56%-ni istifadə edib

2022-ci ilin yanvar-sentyabr aylarında Hesablama Palatasının saxlanması xərcləri 5 milyon 664,184 min manat təşkil edib.

Bu barədə Palatadan məlumat verilib.

2022-ci il üçün Hesablama Palatasının saxlanması məqsədilə xərclər smetası 10 milyon 110,324 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, hesabat dövründə vəsaitlərin 56%-i istifadə olunub.

Həmçinin, yanvar-sentyabr aylar üçün nəzərdə tutulmuş vəsaitin istifadə səviyyəsi 82,1% təşkil edib.

Yanvar-sentyabr aylarında vəsaitlərin əsas həcmi Hesablama Palatasının ştatda olan işçilərinin əmək haqlarının ödənilməsinə yönəldilib. Bu məbləğ 3 milyon 687,118 min manat və ya yarımillik ərzində Palatanın bütün xərclərinin 65,1%-ni təşkil edib.

Bundan başqa, hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 908,403 min manat, əmək haqqının ödənilməsi ilə bağlı xərclər 410,156 min manat, dövlət məmurlarına ödənişlər 118,205 min manat, ölkədaxili və xarici ezamiyyə xərcləri 71,746 min manat, mühafizənin təminatına 68,128 min manat təşkil edib.