2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının açılışı olacaq (Şərqi Zəngəzur iqtisadi rayonu). Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Azərbaycanın azad edilmiş ərazilərində (Qarabağ və Şərqi Zəngəzur) irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Biz 8 ay ərzində Fizulidə Beynəlxalq Hava Limanı tikmişik, bu ay Zəngilanda, 2025-ci ildə isə Laçında hava limanı açılacaq”, - Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.
Onun sözlərinə görə, təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, 12 kilometr uzunluğu olan 84 yeni körpü salınacaq, 2023-cü ildə Bərdə-Ağdam dəmir yolu istifadəyə veriləcək. “Bu bizim gördüyümüz işlərin yalnız bir hissəsidir”,- dövlət başçısı qeyd edib.
Prezident Azərbaycanın azad edilmiş ərazilərinin əhəmiyyətli potensiallara malik olduğunu, Qarabağ bölgəsinin isə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcəyini vurğulayıb.
Əliyev əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur bərpaolunan enerji üzrə əhəmiyyətli potensiala malikdir, bu da ilkin qiymətləndirmələrə görə təxminən 10 min MVt təşkil edir.