RƏSMİ

30 Sentyabr

Prezident Bolqarıstan şirkətlərini azad olunmuş ərazilərə dəvət edəcək

“Mən bu gün Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşəcəyəm. Artıq görüşlər üçün mövzular da kifayət qədərdir”.

“Fins.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib. 

 

“Əminəm ki, bu görüş bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacaq. Eyni zamanda, mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə. Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik”, - deyə dövlət başçısı qeyd edib.