2022-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 17 milyard 899,4 milyon manat vəsait daxil olub, büdcədən 15 milyard 334,8 milyon manat vəsait xərclənib.
"Fins.az" Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən xəbər verir.
Büdcənin icrasında 2 milyard 564,6 milyon manatlıq profisit (artıqlıq) yaranıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfə çoxdur