Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ağcabədi RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Qafur Verdiyev Qax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.