RƏSMİ

04 Avqust

Prezident Əliyev Energetika Nazirliyinin və nazirliyin Aparatının ştat vahidinin artırılmasını təsdiq edib

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi" və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə”fərman imzalayıb.

"Fins.az" xəbər verir ki,bu barədə dövlət başçsının saytında məlumat verilir.

Fərmana əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi 200 ştat vahidi, Nazirliyin Aparatı üzrə - 160 ştat vahidi təsdiq edilib.

Əvvəl Energetika Nazirliyinin işçilərinin say həddi 180 ştat vahidi, Nazirliyin Aparatı üzrə - 140 ştat vahidi müəyyən edilmişdi.