RƏSMİ

03 Avqust

İlham Əliyev: Kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik

Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik.

"Fins.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Grand-Agro İnvitro” MMC-nin müəssisəsi ilə tanış olub, “Azbadam” MMC-nin emal zavodunun açılışında deyib.

Prezident fikirlərinin davamında "Burada çox vacib məsələ odur ki, əlbəttə, intensiv bağçılıq daha çox məhsulun həcminə istiqamətləndirilir. Amma bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, - hər zaman belə olub, bu gün də belədir, - bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var. Burada yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da xüsusi dada malikdir. Biz onu itirməməliyik,"-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva