RƏSMİ

03 Avqust

İlham Əliyev: Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik

Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq.

"Fins.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Grand-Agro İnvitro” MMC-nin müəssisəsi ilə tanış olub, “Azbadam” MMC-nin emal zavodunun açılışında deyib.

O bildirib ki,fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır.