RƏSMİ

22 İyul

Ali təhsilə qəbul olanların sayı əlavə olaraq 20 min nəfər artacaq

Gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaq.

Fins.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq.

Nəticədə, ali təhsilə qəbul olan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaq.

Elmin müxtəlif sahələri üzrə tədqiqatlar genişləndiriləcəkdir. Müasir təfəkkürlü və kreativ düşüncəli gənclər erkən vaxtlardan elmi araşdırmalara cəlb ediləcək. Elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacaq. Beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı 40% artacaq.