RƏSMİ

19 İyul

İlham Əliyev Ursula von der Leyenin səfərinin nəticələrini müsbət qiymətləndirib

Prezident İlham Əliyev Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana səfərinin nəticələrini müsbət qiymətləndirib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev səfər əsnasında Ursula von der Leyen ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.

Dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlar prosesinə toxunub və Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini qonaqların diqqətinə çatdırıb.