RƏSMİ

18 İyul

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edildi - SƏRƏNCAM

Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilsin.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.