Nazirlər Kabineti “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nı təsdiq edib.
"Fins.az" xəbərinə görə, qərar 2022-ci il 1 yanvar tarixindən tətbiq edilir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.
Nazirlər Kabinetindən verilən məlumata görə, bu qərarın qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış oldu. Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış oldu. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.
Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.
Beləliklə:
- Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılır;
- Bu sahədə vergi inzibatçılığı asanlaşdırılır;
- Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunur;
- 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmir.
Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin SİYAHISI
I. Yemlər |
|
1. Qüvvəli, qaba və sulu-şirəli yemlər |
|
1 |
2 |
1.1. |
Yemlik buğda |
1.2. |
Arpa |
1.3. |
Qarğıdalı dəni |
1.4. |
Vələmir (yem üçün) |
1.5. |
Çovdar (yem üçün) |
1.6. |
Darı |
1.7. |
Sorqo |
1.8. |
Soya |
1.9. |
Yem noxudu |
1.10. |
Lərgə (yem üçün) |
1.11. |
Yem çuğunduru |
1.12. |
Yem qarpızı |
1.13. |
Bütün növ ot (quru və yaşıl) |
1.14. |
Gülül |
1.15. |
Yonca |
1.16. |
Xaşa |
1.17. |
Raps |
1.18. |
Amarant |
1.19. |
Maralfalfa |
1.20. |
Kinoa (yem üçün) |
1.21. |
Günəbaxan (yem üçün) |
1.22. |
Senaj |
1.23. |
Silos |
1.24. |
Saman (bütün növ dənli bitkilərin gövdə və yarpaq kütləsi: buğda, arpa, vələmir, çovdar, qarabaşaq və s.) |
1 |
2 |
1.25. |
Kökümeyvəlilərin yarpaq və gövdəsi |
2. Bitki və heyvan mənşəli yemlər |
|
2.1. |
Bütün növ yarmalar (buğda yarması, qarğıdalı yarması, arpa yarması, vələmir yarması, çovdar yarması, qarabaşaq yarması və s.) |
2.2. |
Balıq və balıq məhsullarından hazırlanan narın və qaba üyütmə un və qranullar |
2.3. |
Qarğıdalının emal edilməsindən alınan kəpəklər, qalıqlar |
2.4. |
Buğdanın emal edilməsindən alınan kəpəklər, qalıqlar |
2.5. |
Digər dənli bitkilərin (arpa, çovdar, darı, vələmir, sorqo, qarabaşaq və s.) emal edilməsindən alınan kəpəklər |
2.6. |
Nişasta istehsalının qalıqları və analoji qalıqlar |
2.7. |
Barda və pivəbişirmə və ya şərabçəkmə istehsalının digər tullantıları |
2.8. |
Soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar |
2.9. |
Pambıq yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar |
2.10. |
Günəbaxan yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar |
2.11. |
Tərkibində erucic turşusu az olan raps toxumlarının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar |
2.12. |
Kokos yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar |
2.13. |
Digər bitki yağlarının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar |
2.14. |
Kartofun emalı zamanı alınmış tullantılar (pulpa) |
2.15. |
Şəkər çuğundurunun emalı zamanı alınmış maye (melas) |
2.16. |
Pambıq çiyidi (yem üçün) |
2.17. |
Buğda və qarğıdalı qlüteni |
2.18. |
Yem mayası |
2.19. |
Ət və ət məhsullarından hazırlanan narın və qaba üyütmə un və dənəvərlər |
2.20. |
Balıq unu (yem təyinatlı) |
2.21. |
Balıq yağı (yem təyinatlı) |
2.22. |
Sümük unu |
2.23. |
Qarışıq yemlər (kombinə edilmiş) |
4
1 |
2 |
II. Yem əlavələri |
|
1. Heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı amin turşuları |
|
1.1. |
Triptofan |
1.2. |
Lizin |
1.3. |
Metionin |
1.4. |
Treonin |
1.5. |
Valin |
2. Heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı minerallar, vitaminlər və digər maddələr |
|
2.1. |
Monokalsiumfosfat |
2.2. |
Dikalsiumfosfat |
2.3. |
Trikalsiumfosfat |
2.4. |
Flüorsuzlaşdırılmış fosfat |
2.5. |
Fosforin |
2.6. |
Monoammoniumfosfat |
2.7. |
Diammoniumfosfat |
2.8. |
Dinatriumfosfat |
2.9. |
Yem təbaşiri |
2.10. |
Əhəng unu |
2.11. |
Balıqqulağı unu |
2.12. |
Mis sulfat turşusu |
2.13. |
Sink sulfat turşusu |
2.14. |
Kobalt xlorid |
2.15. |
Tərkibində natrium, kalium, kalsium, fosfor, maqnezium və kükürd olan mineral mənşəli digər yem əlavəsi təyinatlı birləşmələr |
2.16. |
Tərkibində mikroelementlər (dəmir, yod, kobalt, mis, manqan, sink, molibden, selen) olan yem əlavəsi təyinatlı birləşmələr |
2.17. |
Vitaminlər |
2.18. |
Provitaminlər |
2.19. |
Fermentlər və ferment qarışıqları |
2.20. |
Mikroorqanizmlər |