Azərbaycanda bu ilin dəqiqləşmiş dövlət büdcəsində neftin bir barelinin dəyərinin 85 dollar həcmində götürülməsi təklif olunur.
“Fins.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Qeyd edək ki, hazırda 2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.