Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin edilməsi barədə müddət uzadılıb.
Fins.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarına əlavələr edilməsi iyulun 1-dək davam etdiriləcək.
Qeyd edək ki, qərara əsasən, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə maaşının 3 misli, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə 4 misli, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə 5 misli məbləğində əlavələr verilir.