RƏSMİ

08 İyun

Hesablama Palatası Neft Fondunun 2021-ci il büdcəsinin icrasına rəy verib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilən Kollegiya iclasında “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” müzakirə olunub.

Palatadan "Fins.az"a verilən xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi Kollegiya tərəfindən məqbul hesab edilib.

Hesablama Palatasının Rəyinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb