Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Fins.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Ənvər Həsənov Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsinin rəisi vəzifəsini icra edirdi.