RƏSMİ

03 İyun

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Baş nazir qərarlar imzaladı

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda” təsdiqlənib

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Həmçinin Nazirlər Kabinetinin digər qərarı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası təsdiq edilib.