RƏSMİ

01 İyun

Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyasının tərkibi dəyişib

Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyasının tərkibi dəyişib.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi.