“Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayırıb".
Bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun deyib.
O bildirib ki, bu layihə tamamlandıqdan və 8 000 məcburi köçkün öz yurd-yuvalarına qayıtdıqdan sonra onların təmiz su ilə təmin olunacağına ümid edirlər.