RƏSMİ

13 May

İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqləndi

İdxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilən kağız və çap məhsullarının siyahısı təsdiq edilib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Qərar ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib. Siyahıya aşağıdakı məhsullar daxildir:

Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı

Müstəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük

İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər

Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları

Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr