Azərbaycana idxal edilən heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar 15 faiz gömrük rüsumundan azad edilib.
"Fins.az" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Balıq unu idxal da gömrük rüsumundan azad edilib
Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar 5 faiz idxal gömrük rüsumundan azad olunub.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
İndiyə qədər salatlıq və ya yarpaqlı çuğundurun toxumları (Beta vulgaris var. conditiva) idxal gömrük rüsumundan azad olub. Qərara əsasən, digər salatlıq və ya yarpaqlı çuğundurun toxumları da 5 faiz idxal gömrük rüsumundan azad edilib.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Qida istehsalı üçün ətirli maddələrin qarışıqları gömrük rüsumundan azad olunub
Qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən ətirli maddələrin qarışıqları və sənaye xammalı kimi istifadə edilən bir və ya daha çox belə maddələr əsasında qarışıqlar 15 faiz gömrük rüsumundan azad olunub.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Digər lipoproteinlipaza, aspergillus qələvi proteazası da idxal gömrük rüsumundan azad olunub.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Çörəkçilik mayaları idxal gömrük rüsumundan azad edilib
Maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları idxal gömrük rüsumundan azad edilib.
Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal 2 nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.