“Avropa İttifaqı ilə imzalanacaq yeni saziş bərabərhüquqlu tərəfdaşlığa əsaslanaraq əməkdaşlıq üçün yeni imkanlar, əsaslar açacaq”.
“Fins.az” xəbər verir ki, bunu Avropa Gününə həsr olunan tədbirdə çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan Aİ-nin enerji sahəsində etibarlı və strateji tərəfdaşıdır.
Cənub Qaz Dəhlizinin rolunu qeyd edib edən nazir müavini bildirib ki, bu layihə qitənin enerji təhlükəsizliyinə töhfə verir.
Mahmud Məmməd-Quliyev vurğulayıb ki, Azərbaycan Aİ-nin dəyərlərini dəstəkləyir, sülhə, normallaşmaya inanır:
“30 illik münaqişə həll olub, Azərbaycan öz torpaqlarını azad edib və nəticədə, regionda inkişaf üçün yeni imkanlar yaranıb. Azərbaycan Aİ-nin sülh quruculuğuna verdiyi dəstəyi, xüsusilə liderlərin təmasının yaradılması kontekstində Şarl Mişelin səylərini yüksək qiymətləndirir”.