“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransı zamanı deyib.
O, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib.
“Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına cari il üzrə edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətləri vətəndaşlara əlçatanlığı təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin (Cədvəl 1) maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin (Cədvəl 2) maaşında isə artım 20-90% arası dəyişəcək. Maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək”,- deyə Z.Əliyev bildirib.
Cədvəl -1
Həkim – allerqoloq |
Həkim – psixiatr |
Həkim – dermatoveneroloq |
Həkim – oftalmoloq |
Həkim – endokrinoloq |
Müalicəvi bədən tərbiyəsi üzrə həkim |
Həkim – fizioterapevt |
Həkim – pulmonoloq |
Həkim – infeksionist |
Həkim – revmotoloq |
Həkim – kardioloq |
Həkim – terapevt |
Həkim – narkoloq |
Həkim – toksikoloq |
Həkim – nevroloq |
Həkim – travmatoloq – ortoped |
Həkim – pediatr |
Cədvəl -2
Həkim – nefroloq |
Həkim – epidemioloq |
Həkim – ftiziatr |
Həkim – hematoloq |
Həkim – neonatoloq |
Həkim – diyetoloq |
Həkim – genetik |
Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis |
Həkim – laborant |
Psixoloq |
Həkim – metodist |
Loqoped |
Həkim – mikrobioloq |
Həkim – statistik |