Maliyyə Nazirliyində kadr yerdəyişmələri həyata keçirilib.
Bu barədə “Fins.az"-a Maliyyə Nazirliyindən məlumat verilib
Belə ki, Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Elman Piriyev Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Xaqani Rzayev Dövlət aparatının maliyyə şöbəsinin müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Famil İsmayılov həmin şöbənin müdiri, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov isə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifələrinə keçiriliblər.
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsinin icrası Agentliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadəyə, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru vəzifəsinin icrası isə Mərkəzin İmtahanların təşkili və keyfiyyət təminatı şöbəsinin müdiri Gülşən Orucovaya həvalə olunub.