Rayon (şəhər) təhsil şöbələrinin əsasında regional təhsil idarələrinin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin normativ aktlarında uyğunlaşma aparılıb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli Sərəncamı ilə rayon (şəhər) təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılıb. Bundan irəli gələrək, uyğunlaşdırma çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik edilməsi zərurəti yaranıb.