RƏSMİ

20 Aprel

Hesablama Palatası: Bəzi obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur

“2021-ci il üzrə strateji planın qiymətləndirilməsi hələ də təkmilləşməli olan sahələr olduğunu göstərir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, bu, bəzən onlardan asılı olmur: “Çünki verilən tövsiyələr və fiskal göstəricilərin yerinə yetirilməsi aşağı səviyyədə olur. Ötən illərdə olduğu kimi, hesabat ilində də aşkarlanan pozuntularla bağlı 8 tövsiyə hazırlanaraq Milli Məclisə və Nazirlər Kabinetinə təqdim olunub”.

(c)APA