RƏSMİ

05 Aprel

AŞ-nin Azərbaycan üzrə 10 milyon avroluq büdcəsi

Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının ümumi büdcəsi təxminən 9,6 milyon avro təşkil edir.

Bu barədə Avropa Şurasının baş katibi xanım Mariya Peyçinoviç-Buriç bəyan edib.

Onun sözlərinə görə, Avropa Şurası məhkəmə qərarlarının icrası sahəsində qanunvericiliyi təkmilləşdirməkdə Azərbaycana yardım edib.

“Bu, mülki, kommersiya və inzibati işərdə məhkəmə qərarlarının vropa standartlrına uyğunlaşdırılması məqsədilə həyata keçirilib”, - bu gün Peyçinoviç-Buriç Bakıda bildirib.

O əlavə edib, 2026-cı ilədək Fəaliyyət Proqramına “süni intellekt, ətraf mühit və iqlim dəyişiklikləri, həmçinin qnunsuz narkotrafik və narkotiklərdən asılılıq daxil olmaqla, yeni sahələri özüdə ehtiva edir”