RƏSMİ

19 Mart

Yanvar-fevral aylarında vergi daxilolmaları 25,2 faiz artıb

2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artaraq 1 milyard 830,4 milyon manat təşkil edib və proqnoz 108,7 faiz səviyyəsində icra olunub.

Dövlət Vergi Xidmətindən Fins.az-a  verilən məlumata əsasən, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 41,8 faiz artaraq 1 milyard 398,8 milyon manat olub və proqnoz 108,7 faiz səviyyəsində yerinə yetirilib.

Daxilolmaların 76,4 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.