RƏSMİ

16 Mart

Nazir özünə yeni müşavir təyin etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatı olub. 

Bu barədə nazir Muxtar Babayev əmr imzalayıb. 

Əmrə əsasən, Rüstəm Həsənov nazirin müşaviri təyin edilib.

O, bundan əvvəl Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) Rəqəmsal İnnovasiyalar sektorunun müdiri vəzifəsində çalışıb.

Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova saytımıza təsdiqləyib.